"Hacıyev gedəcəyi haqda, klubla danışmalı idi - Ona iradımızı bildirdik"

4 Dekabr 2021 18:30 Şamaxı 726
"Hacıyev gedəcəyi haqda, klubla danışmalı idi - Ona iradımızı bildirdik"

“Futbolçular döyüşdülər. Çox istəkli idilər”.

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.

Premyer Liqanın XII turunun “Səbail”lə matçından (2:2) sonra mütəxəssis fikirlərini “CBC Sport”a açıqlayıb:

“Qol imkanlarımız da oldu. Qarşıda iki matçımız qalıb. İlin son çempionat və kubok görüşümüz olacaq. Rəhman Hacıyevlə söhbətimiz oldu.

Gedəcəyi haqda klubla danışmalı idi. Ola bilər üzüntülü halda belə açıqlama verib. Ona iradımızı bildirdik.

Anatole Abanqın epizoduna yenidən baxmaq lazımdır. Matçın əvvəlində belə sarı vərəqə verilməyə də bilərdi. O, birbaşa qırmızı vərəqə alsaydı, cəzalandırardıq.

Amma oyun epizodunda aqresivliyə görə sarı vərəqələr aldı. Sarı vərəqələri çıxmaq şərtilə hakimlər görüşü pis idarə etmədi”.

Digər Xəbərlər
Xəbər Lenti