Yığmanıın sabiq müdafiəçisi paytaxt klubunda məşqçiliyə başladı

4 Oktyabr 2021 23:40 Şamaxı 797
Yığmanıın sabiq müdafiəçisi paytaxt klubunda məşqçiliyə başladı

Bildiyiniz kimi, bir müddət əvvəl 2 məşqçi «Keşlə»dən ayrılıb.

Öncə Azər Bağırov, ardınca Əli Muradov Sənan Qurbanovun başçılıq etdiyi korpusu tərk edib.

Gənc çalışdırıcı onların yerinə kənardan kimsə gətirməyib. Gedənləri Rail Məlikov əvəzləyib. 35 yaşlı müdafiəçi artıq məşqçi kimi komandanın gündəlik hazırlıq prosesində Qurbanova yardıımçı olur.

Ötən mövsümdən etibarən paytaxt təmsilçisinin düşərgəsində yer alan millinin keçmiş üzvü bununla paralel olaraq, AFFA-nın təşkilatçılığı ilə düzənlənən «B» kateqoriyalı kurslara qatılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti