Sabiq "Xəzər Lənkəranlı"nın qayıdışı bu səbəbdən uzanır

14 Sentyabr 2021 17:00 Şamaxı 907
Sabiq "Xəzər Lənkəranlı"nın qayıdışı bu səbəbdən uzanır

Bir neçə gün əvvəl "Keşlə"nin sabiq futbolçusu Sadio Tounkarını yenidən heyətinə qatmaqda maraqlı olmasını xəbər vermişdik.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, malili futbolçu hələ də "Keşlə"nin etdiyi təklifə müsbət cavab verməyib.

Səbəb isə paytaxt klubunun sabiq futbolçusuna az maaş təklif etməsidir.

Amma "Keşlə" rəhbərliyi hələ də ümidini üzmür. Tounkaranın maliyyə məsələsində güzəştə gedəcəyinə inanır. Yalnız bu halda Tounkaranın "Keşlə"yə qayıdışı həyata keçə bilər.

Malili futbolçu ölkəmizdə "Xəzər Lənkəran", AZAL və "Zirə" klublarında çıxış edib. Həmçinin o, Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti