Abanqdan Qurbanovun dediklərinə bu cür REAKSİYA GƏLDİ

13 Sentyabr 2021 20:00 Şamaxı 1 453
Abanqdan Qurbanovun dediklərinə bu cür REAKSİYA GƏLDİ

“Zirə” ilə görüşün 28-ci dəqiqəsində meydandan qovulan “Keşlə”nin hücumçusu Anatoli Abanq Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

Kamerunlu forvard hadisənin baş verməsini şərh edərkən, emosiyalarına sahib olmadığını deyib:

“İstəmədən və bilmədən etdiyim hərəkət idi. Oyuna hədsiz istəkli çıxmışdım. Bəlkə də həmin istəyə görə “yandım”.

Xüsusən də komandam və komanda yoldaşlarım adına üzülürəm. Növbəti oyunlarda əlimdən gələnin ən yaxşısını edəcəm”.

Matçsonrası mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Abanqla bağlı danışanda, “od püskürmüşdü”.

Qurbanovun 25 yaşlı futbolçunun əvəzedici komandaya göndəriləcəyini, İntizam Komitəsinin kəsəcəyi pul cəriməsini özünün ödəyəcəyini, həmçinin, əməlinə görə klub tərəfindən cərimələnəcəyini söyləmişdi.

Anatolinin baş məşqçinin dediklərinə reaksiyası bu cür oldu: “Məşqçinin verəcəyi qərarla razıyam. 1-ci Divizionda oynamağımda heç bir problem yoxdur. Qanun hamı üçün qanundur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"