Bakı klubu 2 aydır 200 mini gözləyir

25 İyul 2021 18:20 Şamaxı 988
Bakı klubu 2 aydır 200 mini gözləyir

Ölkə kubokunu qazanan “Keşlə” hələ mükafat almayıb.

Mayın 24-də keçirilən finalda “Sumqayıt”ı 2:1 hesabıyla üstələyən paytaxt təmsilçisinə 200 min manat “ənam” vəd olunub.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, göstərilən məbləğ avqustda komanda üzvlərinə ödəniləcək.

Ötən müddətdə düşərgəni tər edən yerli və əcnəbi futbolçular da özlərinə düşən payı alacaq: mükafat onların bank hesabına köçürüləcək.

2 aydır davam edən gecikmənin səbəbi isə avrikuboklarda iştirak üçün UEFA-dan ayrılan vəsaitin hələ kluba çatmamasıdır.

Digər Xəbərlər
Xəbər Lenti