Azərbaycanda klub patronu biznesini genişləndirir

6 Mart 2021 14:00 Şamaxı 1 344
Azərbaycanda klub patronu biznesini genişləndirir

Sportinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət dövlətə məxsus Bakı İdman Sarayının yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.

Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasif Böyükağa oğlu Zərbəliyevdi.

Sözügedən ünvanda həm də Azərbaycan Futzal Federasiyasının prezidenti, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti kimi tanınan "Səmayə Co LTD" MMC fəaliyyət göstərir. Bu şirkətin də direktoru Vasif Zərbəliyevdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!