"Neftçi" ilə oyuna ikiqat motivasiya ilə çıxacağıq"

5 Mart 2021 17:40 Şamaxı 1 443
"Neftçi" ilə oyuna ikiqat motivasiya ilə çıxacağıq"

"Bütün oyunlara maksimum motivasiya və istəklə çıxırıq.

"Səbail"lə oyunda da qələbəyə yaxın olsaq da son dəqiqələrdə qələbəni əldən verdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Rafael Məhərrəmli deyib.

Gənc futbolçu ardıcıl 3 oyunda da hesabda önə çıxıb, amma sonda qələbə qazana bilməməklərini şanssızlıqla əlaqələndirib.

Məhərrəmli növbəti görüşdə rəqibləri olacaq "Neftçi" ilə oyundan da söz açıb: "Rəqibimizin lider olmağına baxmayaraq, hər oyuna necə istəklə çıxırıqsa, bu oyuna da ikiqat motivasiya ilə çıxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti