"Şans verilsə, komandama kömək etməyə hazıram"

1 Mart 2021 19:00 Şamaxı 611
"Şans verilsə, komandama kömək etməyə hazıram"

"Əsas odur komanda ilə məşqlərə başlamışam. 2-3 həftə olar kollektiv məşqlərdə iştirak edirəm.

Hər keçən gün hər şey yaxşıya doğru gedir. İstər fiziki, istərsə də texniki durumumda irəliləyiş var".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin futbolçusu Elvin Yunuszadə deyib.

Yeni komandasında hələ də debut etməyən müdafiəçi hər an meydana çıxmağa hazır olduğunu bildirib:

"Gələcək oyunlarda şans verilsə, komandama kömək etməyə hazıram. Məndən məşq eləməkdir. Qalan şeylər özü düzələcək".

Digər Xəbərlər
Xəbər Lenti