Azərbaycanlı futbolçu legioner həyatını paytaxt klubuna dəyişdi - SON DƏQİQƏ

8 Fevral 2021 19:00 Şamaxı 1 446
Azərbaycanlı futbolçu legioner həyatını paytaxt klubuna dəyişdi - SON DƏQİQƏ

"Keşlə" növbəti transferini həyata keçirib.

Sportinfo.az-ın məlumatına görə, Bakı təmsilçisi millimizin sabiq müdafiəçisi Elvin Yunuszadəni heyətinə qatıb. Onunla bu gün 4 aylıq müqavilə imzalanıb.

Yunuszadə sonuncu klubu olan Şimali Makedoniya klubu "Şkupi"dən maliyyə böhranına görə azad agent status ilə ayrılıb. Bu səbəbdən "Keşlə" əlavə xərcə düşməyib.

Xatırladaq ki, "Keşlə" Elvin Yunuszadənin karyerasında altıncı Azərbaycan klubu olacaq. O, buna kimi ölkəmizdə "Neftçi", "Simurq", "Qarabağ", "Sabah" və "Səbail"in də şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!