Yunis Hüseynova məsləhəti verdi: "Yaxşı yer tutmaq üçün…"

19 Yanvar 15:00 Keşlə 568
Yunis Hüseynova məsləhəti verdi: "Yaxşı yer tutmaq üçün…"

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Keşlə"ni çalışdıran Yunis Hüseynova öz məsləhətini verib.

Sportinfo.az-a danışan təcrübəli mütəxəssis paytaxt təmsilçisində sabitliyin çatıışmamasına diqqət çəkib.

O, Premyer Liqanın ilk 2 dövrəsində uğursuz çıxış edən komandanın avrokuboklara vəsiqə şansını tam itirmədiyini, bunu qazanmaq üçün ehtiyatlı olmaağın lazım gəldiyini deyib:

"Yunis Hüseynov təcrübəli məşqçidir. "Keşlə"dən sabit oyun gözləyirəm. O, buna fikir verməlidir. Yaxşı yer tutmaq üçün xal itirməməlisən.

"Keşlə" normal heyətə malikdir. Burada Azərbaycan səviyyəsində xeyli yaxşı futbolçu var.

Qış fasiləsindən sonrakı çempionat daha gərgin keçəcək. Hər xal uğrunda mübarizə gedəcək. "Keşlə" öz futbolunu göstərməlidir ki, nəticə qazana bilsin".

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 12:40 "İndi daha yaxşıyıq"