Bu da “Kəpəz”in yeni baş məşqçisi! - SON DƏQİQƏ XƏBƏRİ

19:00 Kəpəz 548
Bu da “Kəpəz”in yeni baş məşqçisi! - SON DƏQİQƏ XƏBƏRİ

“Kəpəz”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Gəncə təmsilçisini Arif Əsədov çalışdıracaq.

Klub rəhbərliyi 2011-ci ildə “Neftçi”ni çempion etmiş təcrübəli çalışdırıcı ilə görüşərək bütün detalları müzakirə edib.

Tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub. Bir-iki kiçik detal qalıb ki, onların həlli bir neçə gün vaxt aparacaq.

Əsədovun təyinatının bu həftənin sonuna qədər ictimaiyyətə təqdim olunacağı gözlənilir. Təbii ki, son anda hansısa gözlənilməzlik baş verməsə.

Maraq üçün bildirək ki, Azər Bağırovun “Şamaxı”ya üz tutmasından sonra “Kəpəz” rəhbərliyi Elmar Baxşıyevlə görüşsə də, dekabrda “Araz-Naxçıvan”dan ayrılan baş məşqçi ilə razılıq əldə olunmamışdı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti