COP29

Şəhərdə qəhrəman kimi qəbul olunan adam barədə: “Hər şey dəyişib"

6 Dekabr 2024 16:40 Kəpəz 685
Şəhərdə qəhrəman kimi qəbul olunan adam barədə: “Hər şey dəyişib"

:İndi Gəncədə hamı Azər Bağırovun başına and içir.

Mövsümə Adil Şükürovun rəhbərliyi altında başlayan “Kəpəz”in startda ardıcıl 4 oyunda məğlub olmasından sonra ümidlər tükənmişdi.

Bağırov proznozları alt-üst edərək ən çətin olanı bacardı. 11 oyundan sonra “sarı-göylər”i sonuncu pillədən qurtardı. Həm də baxımlı və əzmkar futbolla.

Baş məşqçi daxildəki ab-havanə dəyişmək üçün nə etdi? Komandanın oyunundakı yüksəlişdə Azər Bağırovun rolu nə qədərdir?

Son vaxtlar əsas heyətdə görməyə alışdığımız Nicat Süleymanov Sportinfo.az-a açıqlamasında baş məşqçi amilini qabardıb:

“Azər Bağırovun gəlişindən sonra dəyişiklikləri görürsünüz. Komandada hər şey dəyişib.

İstər oyun planında olsun, istərsə də nəticələrdə. Komandanın əvvəlki vəziyyətdən çıxmasında böyük pay sahibidir.

Bu gün komandada mehribanlıq var. Bu, olduqca vacib amildir.

Ab-hava yaxşı olanda nəticə qazanmaq da asanlaşır. İnşallah, davamını gətirərik”.

15 turdan sonra aktivində 10 xal olan “Kəpəz” bu göstərici ilə 9-cu sırada yer alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti