COP29

"Bu şəxsə futbol yox, ayrılan pulu qabaq cibdən arxa cibə keçirmək maraqlıdır"

19 May 12:20 Kəpəz 1 928
"Bu şəxsə futbol yox, ayrılan pulu qabaq cibdən arxa cibə keçirmək maraqlıdır"

Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayevin Tərlan Əhmədov haqda söylədikləri gündəm olub.

O, hazırda Azərbaycan millisinin baş məşqçi vəzifəsinin boş olmasına toxunub.

R.Musayev bildirib ki, bu vəzifəyə mütləq əcnəbi yox, yerli mütəxəssis gətirilməlidir:

"Əsgərin fikri nədir? General olmaq. Məşqçinin fikri nədir? Yaxşı nailiyyət qazanmaq, yaxşı komandada çalışmaq, millinin baş məşqçisi olmaq.

Artıq onların qarşısına qadağa qoyulur ki, səndən baş məşqçi ola bilməz, sən azərbaycanlısan. Bu, düzgün deyil.

Bir də deyirəm, gəlin baxaq, görək, hansı əcnəbi məşqçi gəlib Azərbaycan millisinə kömək oldu? Bu gün nəticəyə gələ bilmirlər ki, kimi baş məşqçi qoyaq.

Mən buradan deyirəm. Tərlan Əhmədovu baş məşqçi təyin etsinlər. O, nəticə qazanmasa, mən Azərbaycanı tərk edəcəm.

Sözümü deyirəmsə, ona cavabdehəm. Amma mane olmamaq şərti ilə. Vaxtilə "Neftçi" axırıncı pillədə olanda, məşqçi axtaranda mən zəmanət verdim.

Tərlan Əhmədov "Neftçi"yə baş məşqçi təyin olundu, avrokuboklara vəsiqə də qazandı. Amma sonra onu işdən çıxardılar.

Niyə çıxardılar? Çıxartdırdılar! Yenə də AFFA-dan zəng getdi ki, Tərlan göndərilməlidir.

Niyə? Çünki Ramin Musayevin adamıdır".

"Sportinfo"ya yazan gəncəli azarkeş Kamal Hüseynov Ramin Musayevin mövqeyini dəstəkləyib.

O, «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadirinin Tərlan Əhmədovla yolları ayırmaqla böyük səhvə yol verdiyini qeyd edib:

«Bax, intiriqalar nəqədər ki davam edəcək, futbolumuzda dirçəliş olmayacaq. Tərlan Əhmədov güclü məşqçidir, böyük futbol fəlsəfəsi var.

İstənilən klubu medalçılar sırasına daşımağa qadirdir. Amma onu kimlərinsə gözü götürmür, ədavət aparır, böyük səhvə yol verir.

Ona görə də futbolumuz bugündədir. Futbolun əlifbasını bilən insanlar oturmalıdır idarəçilikdə də, məşqçilikdə də.

Tərlan Əhmədov «Kəpəz»i, demək olar ki, uçurumdan götürüb çıxartdı, amma nə olsun? Futbol adamı olmayan İlqar Nadiri yenidən uçuruma apardı «Kəpəz»i.

Çünki Nadiriyə futbol maraqlı deyil. Ona ayrılan pulu qabaq cibdən arxa cibə keçirmək maraqlıdır.

Tərlan Əhmədov təlabkar məşqçidir, böyük təcrübəsi var, Nadiriyə də belə məşqçi xeyir eləmir».

Digər Xəbərlər
Xəbər Lenti