Bölgə klubunun braziliyalı legioneri elə sürət yığdı ki...

29 Mart 13:40 Kəpəz 383
Bölgə klubunun braziliyalı legioneri elə sürət yığdı ki...

Mövsümün sonu "Kəpəz"dən ayrılmağa real namizədlərdən biri Junior Martinsdir.

Braziliyalı legioner artıq indidən bir neçə Premyer Liqa və əcnəbi klubdan dəvət alıb.

Əslində 24 yaşlı vinger üçün mövsüm heç də uğurlu start götürməmişdi.

Azər Məmmədovun dönəmindən daha çox ehtiyatda qalan "sambaçı" Adil Şükürovun gəlişi ilə dirçəlməyə başladı.

Şükürova kimi keçirdiyi 12 matçda bir qol ötürməsilə yadda qalan Junior indi komandasının bombardiridir.

O, yeni baş məşqçinin oyun sixemində vacib yer alır.

Xüsusilə üçüncü dövrədəki çıxışını fantastik adlandıra bilərik.

Belə ki, ilk iki dövrədə komandasının vur-tut iki qolunda asist etməsilə yadda qalan Junior üçüncü dövrədəki 9 matçda 6 qol, 2 qol ötürməsilə adından söz etdirib.

Sonuncu dövrəni heç Premyer Liqanın hazırkı bombardirləri - "Qarabağ"lı Juninyo, Səbail"li Ramalinqom belə onun qədər parlaq keçirməyib.

Vinger finişə qədər indiki sürətini saxlaya bilsə, yayda qapısına düzələcək "elçilər" arasında seçim etmək üçün çox baş sındırmalı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!