"Viktoriya" azərbaycanlı oyunçu üçün BÖYÜK MƏBLƏĞ İSTƏDİ, yollar ayrıldı

29 May 2023 15:00 Kəpəz 8 809
"Viktoriya" azərbaycanlı oyunçu üçün BÖYÜK MƏBLƏĞ İSTƏDİ, yollar ayrıldı

Fərid Nəbiyev "Kəpəz"dən ayrılıb. Gəncə təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzada bilməyib.

Buna səbəb gənclər yığmasının sabiq üzvünün yüksək maliyyə şərtləri irəli sürməsi deyil.

Ayrılıq qərarı "Viktoriya"dan qaynaqlanır. Belə ki, Çexiyanın ikinci liqa klubu onu ötən ilin yayında bir şərtlə "Kəpəz"ə buraxıb.

Jijkov təmsilçisinin tələbinə əsasən, Fərid daha 1 mövsüm sarı-göy formanı geyinərsə, kompensasiya ödənməlidir. "Viktoriya"nın bu istəyi "Kəpəz"la bağlanmış müqavilədə də öz əksini tapıb.

Çexlər 3 il xidmətindən yararlandığı Nəbiyevə görə qarşı tərəfdən 50 min avronun üstündə təzminat istəyir. Gəncəlilər "Qəbələ"nin yetirməsinə görə bu qədər xərcə düşməyə hazır deyil.

"Viktoriya"nın tələbində göstərilib ki, kompensasiya tələbi yalnız "Kəpəz"ə aiddir. Yəni, Fərid üçüncü kluba keçərsə, çexlərə vəsait ödəmək lazım gəlməyəcək.

"Kəpəz" Fərid Nəbiyevi mövsümün əvvəlində heyətinə qatmışdı. O, komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti