Premyer Liqa klubunun rəhbəri bu gün özünə toy edir!

20 Noyabr 2022 18:00 Kəpəz 1 564
Premyer Liqa klubunun rəhbəri bu gün özünə toy edir!

Premyer Liqa klubunun rəhbəri subaylığın daşını atır.

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bu gün doğma və əzizlərini, dost-tanışını başına toplayacaq.

İlqar bəy toy mərasimi üçün Gəncəni yox, Bakını seçib. O, paytaxtın dəbdəbəli və bahalı restoranlarından sayılan “Monte Kristo” şadlıq sarayında özünə toy edəcək.

Nadirinin xoş günündə “Kəpəz” rəsmiləri, məşqçi və futbolçu heyəti .əl qaldırıb oynayacaq. İşin maraqlı tərəfi bir-birinə düşmən kəsilən, üz-üzə gələndə üz çevirən baş məşqçi Tərlan Əhmədovla futbolçular Rauf Əliyevlə Əli Səmədovun toyda iştirak etməsidir.

Eyni masa arxasında oturacaqlar, ya yox, bilmək olmaz. Bildiyimiz odur ki, bir neçə saat bir-birinin üzünü görmək məcburiyyətində qalacaqlar.

Futbol Funksionerinin toyuna 4 il “Kəpəz”in baş məşqçisi olmuş Yaşar Vahabzadə də dəvətlidir. Futbolçulardan Əfran İsmayılov, Əli Səmədov və dogərləri də “Monte Kristo”da olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti