"Milan" millinin kapitanını icarəyə götürdü - FOTOLAR

13 Yanvar 2020 18:08 İtaliya 1 074
"Milan" millinin kapitanını icarəyə götürdü - FOTOLAR

Müqavilə ilə “Sevilya”ya məxsus, 2019-cu ilin sentyabrında "Atalanta"ya icarəyə verilən Simon Kyaer “Milan”a keçib.

Sportinfo.az xəbər verir ki, danimarkalı müdafiəçinin mövsümün qalan hissəsini Milan klubunda keçirəcəyi dəqiqləşib.

Oyun praktikasından əziyyət çəkən Danimarka millisinin 31 yaşlı kapitanı geridə qalan müddətdə Berqamo təmsilçisində yalnız 6 oyun keçirib. O, bu gün "rossyonerlər"lə rəsmi müqavilə bağlayıb.

Kyaer “Palermo”, “Volfsburq”, “Roma”,”Lill” və “Fənərbağça"da forma geyinib. 2017-ci ildən "Sevilya"nın futbolçusudur. Andalusiyalıların heyətində 46 dəfə meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi