“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas hələlik “Real”a qayıtmaq niyyətində deyil.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Argentinalı futbolçu “Real”ın əsas heyətində olacağına dair zəmanət almadığı üçün Madrid klubuna keçmək istəmir.
O, mümkün qayıdış zamanı yüksək rəqabət səbəbindən əsas heyətdən kənarda qalaraq, rotasiya oyunçusuna çevriləcəyindən ehtiyat edir.
Pas hazırda “Komo”nun əsas oyunçusudur.
22 yaşlı futbolçu cari mövsümdə İtaliya çempionatında 11 oyunda meydana çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, 2023-2024-cü illərdə “Real”ın formasını geyinib.
