Bölgə derbisində hansı hadisələr yaşandı? - VİDEO

01:10 Turan 54
Bölgə derbisində hansı hadisələr yaşandı? - VİDEO

Azərbaycan Premyer Liqasının XIII turunda “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşün 72-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Hayderson Hurtado hesabı açıb.

84-cü dəqiqədə isə qonaqların üzvü Şakir Seyidov penaltidən fərqlənərək hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Joarlem Santosun vurduğu qol Tovuz təmsilçisinə qələbə qazandırıb.

Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” xallarını 27-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Azər Məmmədovun baş məşqçisi olduğu “Kəpəz” isə 18 xalla 6-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə