“Latsio”nun baş məşqçisi Cennaro Qattuzonun işi klub rəhbərliyini onunla əməkdaşlığı davam etdirməyə inandırıb.
Sportinfo.az “cittaceleste.it”-ə istinadən xəbər verir ki, Roma təmsilçisinin prezidenti Klaudio Lotito italiyalı mütəxəssisin fəaliyyətini yeni müqavilə ilə qiymətləndirmək niyyətindədir.
Klub Qattuzoya müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə təklif etməyə hazırlaşır. Yeni müqaviləyə əsasən, 48 yaşlı çalışdırıcının maaşı da əhəmiyyətli dərəcədə artırılacaq.
Hazırda mövsümə 1,2 milyon avro (bonuslar nəzərə alınmadan) qazanan Qattuzonun məvacibinin ikiqat artırılması planlaşdırılır.
Bu addım “Latsio”nun komandanı Qattuzonun rəhbərliyi altında inkişaf etdirmək niyyətinin göstəricisi olacaq.
