“Ştutqart”ın müdafiəçisi Finn Elç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportinfo.az “Il Giorno”-ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində “İnter” maraqlıdır.
Ancaq “Ştutqart” müdafiəçinin transferi üçün 60 milyon avro tələb edir. “İnter” rəhbərliyi isə bu məbləği ödəməyə hazır deyil.
Elç cari mövsümdə Almaniya çempionatında 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Almaniyalı futbolçunun “Ştutqart”la müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir. Onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.
