“İnter”in hücumçusu Markus Türam karyerasını Avropanın başqa klublarından birində davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ yaxından maraqlanır.
Buna səbəb Türamla Milan təmsilçisi arasında maaş məsələsində yaranan fikir ayrılığıdır. Yeni müqavilə ilə bağlı danışıqlar uğursuz nəticələnərsə, “İnter” hücumçunu 65-75 milyon avroya satmağa hazır olacaq.
Fransalı futbolçunun Milan klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.
Türam cari mövsümdə A Seriyasında 11 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
