“Yuventus” “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin transferində maraqlıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Portuqaliyalı futbolçu cari mövsümün sonunda azad agent statusu alacağı təqdirdə, Turin təmsilçisi onun transferini nəzərdən keçirəcək.
“Yuventus” rəhbərliyi bu keçidlə bağlı nikbindir. Buna səbəb MLS və Səudiyyə Ərəbistanı klublarının hələlik 32 yaşlı yarımmüdafiəçiyə maraq göstərməməsidir. Bu amilin danışıqlarda İtaliya klubunun şanslarını artırdığı bildirilir.
Bruno Fernandes cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
