Klubu ilə anlaşa bilmir - 7 milyon avro maaşa görə

01:30 İtaliya 48
Klubu ilə anlaşa bilmir - 7 milyon avro maaşa görə

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey “Real”la yanaşı, Avropanın bir neçə başqa klubunun diqqət mərkəzindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Quotidiano Nazionale” məlumat yayıb.

“Milan”, “Real” və “Mançester Yunayted” 29 yaşlı futbolçunu transfer etmək istəyir. Maktominey “Napoli” ilə yeni müqavilə barədə razılığa gələ bilmir.

Tərəflər arasında danışıqlar şotlandiyalı yarımmüdafiəçinin illik 7 milyon avro maaş tələbi səbəbindən dalana dirənib. “Milan” isə vəziyyətin inkişafını yaxından izləyir.

Maktominey cari mövsümdə A Seriyası və Çempionlar Liqasında ümumilikdə 11 oyuna çıxıb və 5 qol vurub. “Transfermarkt” portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 18:10 Çək və bizə göndər!