Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah” və “Araz-Naxçıvan” komandaları qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, “Sabah Arena”da baş tutan görüş meydab sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşdə Coy-Lens Mikels (18-ci dəqiqə) və Ksander Severina (68-ci dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” 27 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Hələ qələbə qazana bilməyən “Araz-Naxçıvan” isə 4 xalla sonuncu pillədə yer alıb.
“Sabah” - “Araz-Naxçıvan” 2:0
