28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

01:40 İtaliya 43
28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır -

"Ştutqart"ın hücumçusu Ermedin Demiroviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Milan" bosniyalı forvardı heyətinə qatmaq istəyir.

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Rossoneri" qış transfer pəncərəsi ərəfində 28 yaşlı futbolçu üçün Almaniya klubuna təklif göndərməyi planlaşdırır.

"Ştutqart" Ermedin Demiroviçi 2024-cü ilin yayında "Auqsburq"dan 23 milyon avroya transfer edib.

Bosniya və Herseqovina millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu