Nərmin Abdinova və Tunar Davudov Avropa çempionatında liderdir - FOTO

04:40 Şahmat 56
Nərmin Abdinova və Tunar Davudov Avropa çempionatında liderdir - FOTO

Yunanıstanın Krit adasının Hersonissos şəhərində 8-18 yaşadək şahmatçılar arasında keçirilən yeniyetmələrin Avropa çempionatında 5-ci tur başa çatıb.

Sportinfo.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyundan maksimum nəticə - 5 xalla turnir cədvəlinə başçılıq edir.

O, ən yaxın izləyicisini 1 xal qabaqlayır. 18 yaşadək oğlanların mübarizəsində isə Tunar Davudov liderdir.

16 yaşadək oğlanların mübarizəsində Paşam Əlizadə 2-ci yerdə qərarlaşıb. Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (G18) və Şəmsi Qaraxanov (U-14) ilk 10-luqda qərarlaşmaqla medal şanslarını saxlayırlar.

Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!