Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq reqatanın mükafatçıları olublar.
Sportinfo.az xəbər verir ki, super sprint qaydalarına əsasən 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü keçib.
Amil Ramazanov isə kayak qayığında yarışı ikinci yerdə tamamlayıb.
Beləliklə, idmançılarımız beynəlxalq reqatada 1 gümüş və 1 bürünc medal qazanıblar.
