Bizim qızlar Macarıstan Kubokunda uğurlu çıxış etdilər

05:00 Digər növlər 59
Bizim qızlar Macarıstan Kubokunda uğurlu çıxış etdilər

Azərbaycan idmançıları bədii üzgüçülük üzrə Macarıstan Kubokunda uğurlu çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Turnirdə iştirak etmiş idmançılarımız qızıl medal qazanmağa nail olublar.

Belə ki, yeniyetmələr kateqoriyasında çıxış etmiş Emiliya Məmmədli və Tahirə Hüseynova fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.

Yarışda Almaniya, Çexiya, Qazaxıstan, Macarıstan, Malta və Misir idmançıları da iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!