“Yaxşı ki, belə komandaya, belə rəhbərliyi olan kluba gəlmişəm“

8 Noyabr 23:45 II Divizion 76
“Yaxşı ki, belə komandaya, belə rəhbərliyi olan kluba gəlmişəm“

“Şəxsi hədəflərim böyükdür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qaradağ Lökbatan“ın baş məşqçisi Amit Quluzadə deyib.

Onun çalışdırdığı komanda hazırda II Liqada turnir cədvəlinə başçılıq edir. Doqquz tura 24 xal toplayan qəsəbə təmsilçisi vahid liderdir.

“Qaradağ Lökbatan”la çempionluğa nail olmaq Quluzadənin karyerasında növbəti addım baxımından nə ifadə edər?

Onu dinləyək:

“İstəyirəm ki, addım-addım irəliləyim və məqsədlərimə doğru düzgün qərarlar verərək çatım. Hazırda mənim üçün ən vacib məsələlərdən biri də məhz doğru qərarlar verməkdir.

“Qaradağ Lökbatan”a gəlməyimi də belə qərarlardan biri hesab edirəm. Yaxşı ki, belə komandaya, belə rəhbərliyi olan kluba gəlmişəm.

Ümid edirəm ki, mövsümün sonunda həm komanda, həm də mən istədiyimiz yerdə olarıq“.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!