Braziliyalının müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edildi

21 Avqust 21:40 İtaliya 427
Braziliyalının müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edildi

Yarımmüdafiəçi Artur Melo “Yuventus”dan rəsmən ayrılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu braziliyalı futbolçunun müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlayıb.

Melo 2020-ci ildə 80 milyon avroya “Barselona”dan “Yuventus”a transfer olunub. 29 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümünü icarə əsasında “Qremio”da keçirib.

O, 2022-ci ildən etibarən “Liverpul”, “Fiorentina” və “Jirona”da da icarə əsasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!