“Qalatasaray”ın müdafiəçisi Davinson Sançez karyerasını İtaliyada davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” kolumbiyalı futbolçunu “Çelsi”nin müdafiəçisi Trevo Çalobaya alternativ variant kimi nəzərdən keçirir.
Sançezin Milan təmsilçisinə keçid ehtimalı Çalobanın transferindən daha yüksək qiymətləndirilir. Bununla belə, “İnter” müdafiə xəttini gücləndirmək üçün digər namizədləri də dəyərləndirir.
Davinson Sançez 2025/26 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.
30 yaşlı müdafiəçinin “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. “Transfermarkt” portalına əsasən, onun dəyəri 16 milyon avro təşkil edir.

