Belçikalı hücumçu üçün 50 milyon avro istəyirlər

18:40 İtaliya 127
Belçikalı hücumçu üçün 50 milyon avro istəyirlər

“Atalanta”nın və Belçika millisinin hücumçusu Şarl de Ketelare karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın iki klubu 25 yaşlı futbolçunun transferində maraqlıdır.

Bildirilir ki, “Atalanta” De Ketelare ilə bağlı 50 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır.

Belçikalı hücumçu ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə verib.

De Ketelare “Atalanta”da daha çox ikinci forvard (hücumun arxasında) mövqeyində çıxış etsə də, Belçika millisində mərkəz hücumçusu kimi oynayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti