“Yuventus” “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferi üçün danışıqları davam etdirir.
Hazırda Argentina millisinin heyətində DÇ-2026-da çıxış edən qolkiper Turin klubunun əsas transfer hədəflərindən biridir.
“Yuventus”un rəhbərliyi və məşqçilər heyəti Martinesi həm yüksək qapıçı keyfiyyətlərinə, həm də liderlik xüsusiyyətlərinə görə ideal namizəd hesab edir.
Sportinfo.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, Martines klublar arasında razılıq əldə olunacağı təqdirdə, “Yuventus”a keçməyə prinsipial razılıq verib.
Yaxın vaxtlarda Turin klubunun rəhbərliyi ilə futbolçunun nümayəndələri arasında keçirilən görüşdə bu mövqe bir daha təsdiqlənib. Bundan sonra “Aston Villa” ilə danışıqların növbəti mərhələsi başlayıb.
Birmingem təmsilçisi 33 yaşlı qapıçı üçün təxminən 10 milyon avro istəyir. “Yuventus” isə hazırda 5 milyon avro və bonuslar təklif edir. Tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi istisna olunmur.

