Yeni idman direktoru təyin etdilər - Məşhur kluba

00:20 İtaliya 94
Yeni idman direktoru təyin etdilər - Məşhur kluba

“Yuventus” yeni idman direktorunun təyinatını rəsmən elan edib.

Sportinfo.az Turin təmsilçisinin yaydığı məlumata istinadən xəbər verir ki, bu vəzifəyə Frederik Massara gətirilib.

Massara klubun kişi komandalarının idarə olunması və inkişafı, həmçinin, idman strategiyalarının və layihələrinin hazırlanaraq həyata keçirilməsinə cavabdeh olacaq.

57 yaşlı funksioner bu ilin mayında “Roma”nın idman direktoru vəzifəsindən ayrılmışdı. O, daha əvvəl “Milan”da da eyni postda çalışıb.

İtaliyalı funksionerin “Roma”dan ayrılmasına səbəb kimi baş məşqçi Can Pyero Qasperini ilə yaşadığı fikir ayrılığı göstərilir. Bildirilir ki, klubdan daha əvvəl ayrılan Klaudio Ranyeri də Qasperini ilə oxşar problemlər yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 03:40 Gürcüstanda 2 medal