"Yeni müqavilə imzalayacaq və bizimlə daha bir mövsüm qalacaq"

2 May 18:40 İtaliya 426
"Yeni müqavilə imzalayacaq və bizimlə daha bir mövsüm qalacaq"

“Milan”ın idman direktoru İqli Tare komandanın yarımmüdafiəçisi Luka Modriçlə müqavilənin müddətinin mümkün uzadılması barədə nikbin açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, DAZN-a açıqlamasında, xorvatiyalı futbolçunun yeni müqavilə imzalayacağına inandığını bildirib:

“İnanıram ki, Modriç yeni müqavilə imzalayacaq və bizimlə daha bir mövsüm qalacaq”.

40 yaşlı yarımmüdafiəçi “Milan”a ötən yay transfer olunub və indiyə qədər bütün turnirlərdə 36 oyunda iştirak edib.

O, bu matçlarda 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti gələn ay başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi