Rəhbərlik yeni müqavilə təklif edəcək - Bu müdafiəçiyə

01:40 İtaliya 74
Rəhbərlik yeni müqavilə təklif edəcək - Bu  müdafiəçiyə

“İnter” rəhbərliyi müdafiəçi Federiko Dimarko ilə bağlı qərar verməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu əvvəlcə italiyalı futbolçunun müqaviləsində yer alan müddətin uzadılma şərtini aktivləşdirməyi, daha sonra isə yeni anlaşma imzalayaraq, əməkdaşlığı 2030-cu ilin yayına qədər davam etdirməyi planlaşdırır.

Dimarko 2018-ci ilin iyulundan “İnter”in formasını geyinir və onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir. Klubun müqavilənin müddətini daha bir il uzatmaq imkanı da mövcuddur.

28 yaşlı müdafiəçi cari mövsümdə yüksək performansı ilə seçilir. O, bütün turnirlərdə 43 oyunda iştirak edib, 7 qol vurub və 18 məhsuldar ötürmə verib.

Dimarko həmçinin, İtaliya çempionatında bir mövsümdə 16 məhsuldar ötürmə rekordunu təkrarlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!