Müdafiəçisi ilə yollarını ayıracaq - Onu alsalar da, almasalar da

12:45 İtaliya 97
Müdafiəçisi ilə yollarını ayıracaq - Onu alsalar da, almasalar da

Hazırda “Fiorentina”da icarə əsasında çıxış edən “Yuventus”un müdafiəçisi Daniele Ruqani bu mövsüm bitdikdən sonra Turin klubundan ayrılacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” “Fiorentina”nın oyunçunu tam transfer edib-etməməsindən asılı olmayaraq, onunla yollarını ayıracaq.

Müdafiəçi “Yuventus”un baş məşqçisi Luçano Spallettinin planlarında yoxdur. Futbolçu bu yay kluba qayıtsa, transfer siyahısına daxil ediləcək.

Ruqani 2013-cü ildə 4 milyon avroya “Empoli”dən “Yuventus”a keçib. Onun “qoca sinyora” ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.

Oyunçu fevral ayında bu mövsümün sonuna qədər “Fiorentina”ya icarəyə verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti