“Yuventus”un baş məşqçisi Luçano Spalletti mövsümlərarası fasilədə heyəti gücləndirməyə ümid edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi artıq beş transfer hədəfini müəyyən edib: yeni hücumçu, yüksək səviyyəli yarımmüdafiəçi, cinah müdafiəçisi, mərkəz müdafiəçisi və təcrübəli qapıçı.
67 yaşlı mütəxəssis 2025-ci ilin payızında “Yuventus”un baş məşqçi postunda İqor Tudoru əvəz edib.
Onun “qoca sinyora” ilə müqaviləsinin müddəti iyun ayına kimidir. Lakin tezliklə yeni müqavilə imzalanacağı gözlənilir.
“Yuventus” 30 oyundan sonra 54 xalla A Seriyasının turnir cədvəlində 5-ci yerdədir. Komanda aprelin 6-da, evdə “Cenoa” ilə qarşılaşacaq.

