“Barselona”nın hücumçusu üçün ilkin danışıqlar apardı - İtaliya nəhəngi

28 Mart 01:40 İtaliya 657
“Barselona”nın hücumçusu üçün ilkin danışıqlar apardı - İtaliya nəhəngi

“Yuventus”un “Barselona”nın hücumçusu Robert Levandovski ilə maraqlandığı bildirilir.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi artıq polşalı futbolçunun ətrafı ilə ilkin danışıqlar aparıb.

Hazırda klub 36 yaşlı forvardın fiziki durumu, oyunu və motivasiyasını daha dərindən qiymətləndirməyi planlaşdırır.

Levandovski “Barselona”ya 2022-ci ildə “Bayern”dən 45 milyon avro qarşılığında transfer olunmuşdu. Onun müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.

O, cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 37 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?