Türkiyə millisinin müdafiəçisi “Milan"ın TRANSFER SİYAHISINDA

28 Mart 00:20 İtaliya 876
Türkiyə millisinin müdafiəçisi “Milan"ın TRANSFER SİYAHISINDA

Türkiyə millisinin üzvü Emirhan Topçu karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.

Sportinfo.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “Milan” “Beşiktaş”ın müdafiəçisi üçün hərəkətə keçib.

"Rossonyerlər" 25 yaşlı futbolçu üçün ilkin təklif də irəli sürüb.

Emirhanın “Beşiktaş”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “Qara qartallar” onun üçün 5 milyon avro tələb edir.

Topçunun özü də İtaliyaya yollanmağa hazır olduğunu yaxın ətrafına bildirib. “Beşiktaş”ın üzvü “Rizespor”, “Çelik”(Bosniya və Herseqovina), “Menemenspor” klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?