Müdafiəçisini təxminən 20 milyon avro qarşılığında satmağa hazırdır - “Yuventus”

27 Mart 01:40 İtaliya 667
Müdafiəçisini təxminən 20 milyon avro qarşılığında satmağa hazırdır - “Yuventus”

“Yuventus”un müdafiəçisi Federiko Qatti yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu artıq 27 yaşlı futbolçunun mümkün əvəzləyiciləri üzərində düşünür.

İngiltərə Premyer Liqası təmsilçilərinin də Qatti ilə maraqlandığı bildirilir. “Yuventus” onu təxminən 20 milyon avro qarşılığında satmağa hazırdır.

Müdafiəçinin Turin təmsilçisi ilə müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir.

İtaliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?