“Barselona” “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoninin transferini təmin etməkdə çətinlik çəkməyəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu əsas oyunçusunu itirmək istəmir, ona görə də Bastoni yalnız özü komandadan ayrılmaq istəsə, onu satmağı düşünəcəklər.
Bundan əlavə, “Barselona” milanlıları razı salmaq üçün “səxavətli təklif” verməli olacaq.
26 yaşlı futbolçunun “İnter”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir, lakin bu müddət tezliklə uzadıla bilər.

