“İnter” “Barselona”nın müdafiəçisi Jerar Martinlə maraqlanır.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Milan təmsilçisi Alessandro Bastoninin transferi (“Barselona” Bastoninin transferi üçün hərəkətə keçib) ilə bağlı mümkün danışıqlarda ispaniyalı futbolçunun da müqaviləyə daxil edilməsini tələb edə bilər.
Ancaq “Barselona” rəhbərliyi bu varianta isti yanaşmır və futbolçunu nə satmaq, nə də dəyişiklik müqaviləsinə əlavə etmək niyyətindədir.
Bildirilir ki, Kataloniya klubu “İnter”lə razılığa gəlmək üçün alternativ olaraq başqa oyunçular təklif etməyə hazırdır.
24 yaşlı futbolçu 2024-cü ildən “Barselona”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 41 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

