“Milan”ın sabiq oyunçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko son zamanlar İtaliya klubunda mərkəz hücumçusu kimi oynayan Rafael Leao haqqında danışıb.
Futbolçu “Latsio” ilə oyunda (0:1) Massimiliano Alleqrinin onu əvəz etmək qərarından sonra baş məşqçiyə qəzəbini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Şevçenko, portuqaliyalı futbolçunun bu qəzəbinin qəbuledilməz olduğunu deyib:
“Leaodan mərkəz hücumçusu kimi oynamaq istənildi. O, bəzi matçlarda yaxşı, digərlərində isə daha az çıxış etdi.
Amma onu bu rolda qiymətləndirmək üçün vaxt lazımdır. Əlbəttə ki, onun komandaya kömək etməyə hazır olub-olmadığını anlamaq vacibdir, çünki bu mövqedə yalnız o oynaya bilər.
Bir oyunçunun pis günü ola bilər, amma pis münasibət qəbuledilməzdir. Bəzən komanda yoldaşlarınıza və ya məşqçiyə əsəbiləşirsiz, amma sonra vəziyyəti dərhal həll etməlisiz”.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində 2-ci yerdədir.

