“İnter”in hücumçusu Markus Türam yay transfer dövründə komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı forvarda Səudiyyə Ərəbistanı klublarından maraq olsa da, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.
Bildirilir ki, artıq “Aston Villa” və “Nyukasl” onunla əlaqə saxlayıb.
Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxaraq, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.

