Hazırda işsiz olan “Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareskanın İtaliya çempionatında çalışmaq imkanı var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fiorentina” italiyalı mütəxəssislə müqavilə imzalamaqda maraqlıdır və onu bu mövsümdən sonra komandaya dəvət etməyə hazırdır.
“Fiorentina”nın A Seriyasında 29 oyundan sonra 28 xalı var və turnir cədvəlində 16-cı yerdədir. Komanda bu gün evdə “İnter”lə qarşılaşacaq.

