Matteus “Bayern”ə məsləhət gördü, “Yuventus” istədi

00:00 İtaliya 92
Matteus “Bayern”ə məsləhət gördü, “Yuventus” istədi

“Leyptsiq”in yarımmüdafiəçisi Xavyer Şlager cari mövsümün sonunda karyerasını İtaliyada davam etdirə bilər.

28 yaşlı futbolçu Almaniya klubundan azad agent statusu ilə ayrılacaq və başa çatacaq müqaviləsinin müddətinin uzadılmayacağı bildirilir.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Yuventus” artıq bir neçə aydır Şlagerin durumunu yaxından izləyir.

Turin təmsilçisinin rəhbərliyi yarımmüdafiə xəttini gücləndirmək üçün onu ideal variant hesab edir. İtaliyalılar avstriyalı futbolçunun oyun intellektini, yüksək işgüzarlığını və təcrübəsini xüsusilə dəyərləndirir.

Şlager cari mövsümdə “Leyptsiq”in heyətində 19 oyuna çıxaraq, 2 qol vurub. Yaxın vaxtlarda Almaniya futbolunun tanınmış siması Lotar Matteus onun namizədliyini “Bayern”ə tövsiyə etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!
7 Fevral 02:20 0:6 hesabı ilə uduzduq