“İnter”in baş məşqçisi Kristian Kivu “Milan” olmasaydı, onların artıq çempionluq titulunu qazanacağını iddia edən fransalı futbolçu Adrien Rabyonun sözlərinə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Milan”ın futbolçusunun açıqlamasına belə cavab verib:
“Rabyonun sözlərini eşitdim. Biz rəqabətli olmağa çalışırıq.
Bizə sabitlik lazımdır, əvvəlki illər çox yüksək standartlar qoymuşuq. Biz çalışırıq.
Mən oyunçuların trebl, çempionluq və ya Çempionlar Liqası haqqında düşünmələrinin qarşısını almağa çalışıram. Bu, bir təşvişə, həyəcana çevrilməməlidir”.
“İnter” hazırda A Seriyasının turnir cədvəlində liderdir.

