“Qarabağ”ın rəqibinin yarımmüdafiəçisindən əl çəkmir - “Yuventus”

15:40 İtaliya 107
“Qarabağ”ın rəqibinin yarımmüdafiəçisindən əl çəkmir - “Yuventus”

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali hələ də “Yuventus”un maraq dairəsindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu uzun müddətdir Turin təmsilçisinin transfer hədəflərindən biri hesab olunur.

Ancaq yüksək transfer məbləği “Yuve” üçün əsas problem olaraq qalır.

“Yuventus” ümidini itirməyib və yaz aylarından etibarən Tonalinin transferi üzərində aktiv işləməyə hazırlaşır.

“Nyukasl” futbolçusu üçün təxminən 90 milyon avro tələb edir. Bu isə Premyer Liqa klublarına “Yuventus”dan daha üstün mövqe qazandırır.

Tonali 2023-cü ilin yayında “Milan”dan 60 milyon avrodan artıq məbləğə “Nyukasl”a transfer olunub. İtaliya millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti